...

Azərbaycan Ordusunun kiçik çavuşu düşmən atəşinin qarşısını alarkən şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2014 18:32 (UTC +04:00)
Azərbaycan Ordusunun kiçik çavuşu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.
Azərbaycan Ordusunun kiçik çavuşu düşmən atəşinin qarşısını alarkən şəhid olub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusunun kiçik çavuşu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 9-da saat 14:35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti