...

"ABŞ Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışında münaqişə tərəflərinə kömək etməyə çalışır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2014 11:41 (UTC +04:00)
ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışında münaqişə tərəflərinə kömək etməyə çalışır və bu istiqamətdə işi davam etdirəcək.
"ABŞ Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışında münaqişə tərəflərinə kömək etməyə çalışır"

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışında münaqişə tərəflərinə kömək etməyə çalışır və bu istiqamətdə işi davam etdirəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana məxsus hərbi helikopteri vurması ilə bağlı məsələni şərh edərkən deyib.

C.Psaki bildirib: "Biz diplomatik kanallarla hər iki tərəfə əminliyimizi çatdırmaq istəyirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri ikiqat artırmaq lazımdır. Təbii ki, qisas, bundan sonrakı zorakılıq, gərginliyin artması buna xidmət edə bilməz".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti