...

Azərbaycan ərazilərini atəşə tutan Ermənistan silahlılarına layiqli cavab verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2014 11:54 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Azərbaycan ərazilərini atəşə tutan Ermənistan silahlılarına layiqli cavab verilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Fizuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmənə cavab atəşi ilə layiqli cavab veriləcək susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti