Mübariz Əhmədoğlu: Rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələyib, həmsədrlər isə susublar

Mübariz Əhmədoğlu: Rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələyib, həmsədrlər isə susublar

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələyib, həmsədrlər isə susublar. Eləcə də, həmsədrlər müharibəni başlamağın vaxtı mövzusunda Azərbaycanın konseptual marağı ilə Ermənistanın konkret zamandakı marağı arasında balans yarada bilmədilər". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, rəsmi Yerevan bütün 2014-cü il boyu Azərbaycanı hədələdi: "2014-cü il Ermənistan müdafiə naziri Seyran Ohanyanın "Azərbaycanı cəzalandırmışıq və cəzalandırmaqda da davam edəcəyik" bəyanatı ilə başladı. Ermənistan Prezidenti Serj Sarkisyan V.Sarkisyan adına hərbi institutun 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanı hədələdi: "...düşmənə deyirik: ehtiyatlı olun, bu, Ermənistan torpağıdır. Burada siz öz sonunuzu tapacaqsınız".

M.Əhmədoğlunun sözlərinə görə, az sonra S.Sarkisyan hədə seriyasını "Raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik" bəyanatı ilə davam etdirdi: "Bunun dalınca bir qrup asalaçı "Bakı nəzərə alsın ki, 20 yanvar ASALA-nın ad günüdür" fikrini səsləndirdilər. ASALA müdafiə naziri S.Ohanyanın kurasiyasındadır. ASALA metodlarını mənimsəmiş S.Ohanyan 2 dəfə Mingəçevir su anbarını partlatması hədəsi ilə çıxış etdi. Ohanyanın 2 dəfə Mingəçevir su anbarını partlatmaqla Azərbaycanı hədələməsi onun hədsiz savadsızlığının göstəricisidir. Rəsmi Bakı Mingəçevir su anbarının təhlükəsinin mahiyyətini başa düşür və bu istiqamətdə işlər görülür. Suyun səviyyəsinin dinamikasını izləməklə buna əmin olmaq olar. Eləcə də, Mingəçevir su anbarının ətrafına vizual göz gəzdirməklə də nə qədər çox dəyişikliyin baş verdiyini müşahidə etmək olar. FHN xüsusi təlimlər keçirir. Azərbaycanın su təhlükəsizliyinin təminində ciddi işlər görülür".

Politoloq qeyd edib ki, Metsamor AES-in Ermənistan üçün təhlükəsi Mingəçevir su anbarının Azərbaycan üçün yaratdığı təhlükədən qat-qat böyükdür: "Bu AES-in Naxçıvan və Türkiyəyə yaxın ərazidə yerləşməsi də diqqətimizdədir. Eləcə də, Ermənistanın nüvə tullantısı anbarlarının vəziyyəti də çox risklidir. Azərbaycan tərəfi Mingəçevir su anbarının təhlükəsizliyinin təminində ciddi uğurlar əldə etdiyi halda Ermənistanda AES-in təhlükəsizliyinə ayrılan pulun mənimsənildiyi aşkarlandı. Eləcə də, bəlli oldu ki, Ermənistanın AES-ində işləyən yüksəkixtisaslı mütəxəssislərin böyük əksəriyyəti hal-hazırda İranda Buşehr AES-də işləyir. Metsamor AES və nüvə tullantıları anbarlarının kənarına kiçik raketin düşməsi bütün erməni xalqının qısa müddət ərzində Ermənistanı tərk etməsi anlamındadır. Fövqəladə vəziyyət yarandıqda bütün erməni ordusunun Dağlıq Qarabağı tərk edəcəyi də şərhsizdir".

M.Əhmədoğlu vurğulayıb ki, il ərzində ermənilərin belə məntiqsiz hədələri çox olub: "İndiki baş nazir O.Abramyan, o cümlədən S.Sarkisyanın yaxın dostu A.Geqamyan Azərbaycana gələn suyun üzərində bəndlər tikilməklə azaldılmasını təklif edirlər. Nəzərə almırlar ki, Ermənistana su Türkiyənin ərazisindən gəlir".

Politoloq bildirib ki, prezidentlərin Paris görüşündən sonra Ermənistan hərbi birləşmələri iki hissəyə bölünərək, Ermənistanla Azərbaycanın işğal olunmuş ərazilərinin sərhədində "Birlik-2014" adlı hərbi təlim keçirdilər:

"Vasitəçilər bu hədələrin heç birinə münasibət bildirməyib. Vasitəçilər müharibə tərəfdarı kimi yalnız Azərbaycanı qəbul ediblər. Konseptual baxımından bu həqiqətdir. Amma Ermənistanla Azərbaycanın arasındakı hərbi gücün fərqi sürətlə Ermənistanın ziyanına dəyişir. Bunu da ermənilər başa düşürlər. Ona görə də ermənilər yaxın zaman kəsiyində hərbi qələbə qazanmağa möhtacdırlar və buna can atırlar. Həmsədrlər müharibəni başlamağın vaxtı mövzusunda Azərbaycanın konseptual marağı ilə Ermənistanın konkret zamandakı marağı arasında balans yarada bilmirlər və yaratmaq istəmirlər".

M.Əhmədoğlu vurğulayıb ki, hərbi gərginliyin artması Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən mühüm parametrdir. Onun sözlərinə görə, son hərbi gərginlik Ermənistanın komplementar xarici siyasətini dağıtdı.

Politoloq əlavə edib ki, vasitəçilərin Ermənistanın hədələrinə heç bir münasibət bildirməməsi daha iki parametr yaratdı: "Birincisi, Ermənistan militarlaşma indeksinə görə dünyada üçüncü, Avropada birinci oldu. Bonn Beynəlxalq Konversiya Mərkəzi "Qlobal Militarizasiya-2014" indeksini açıqladı. Ermənistanın bu "uğurunda" Beynəlxalq maliyyə qurumlarının, xüsusi ilə onların reallaşdırdığı proyektlərdəki korrupsiya sxemləri vacib rol oynayır. İkincisi, S.Ohanyan "Preventiv hücumlar Ermənistan ordusunun taktikasıdır" bəyanatını verdi. Bununla da qoşunların təmas xəttindəki insidentlərin təşəbbüskarının Ermənistan olduğunu etiraf etdi. Bu, həm də Ermənistanın müharibəyə hazırlığının mesajıdır".

Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
Loading Bars
Xəbər lenti
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bütün xəbərlər