...

ATƏT MQ Bakını və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 12:12 (UTC +04:00)
ATƏT-in Minsk qrupu (MQ) Bakını və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırır.
ATƏT MQ Bakını və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupu (MQ) Bakını və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırır. Trend xəbər verir ki, bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistanın Mediamaks agentliyinə deyib.

Uorlik bildiribb: "Biz etimad yaratmağa, insanları yaxınlaşdırmağa kömək edə biləcək istənilən addımın qəbul edilməsində maraqlıyıq. Əlbəttə ki, yalnız hökumət səviyyəsində müzakirə və həll olunan problemlər mövcuddur və biz bu məsələlərin həllində irəliləyişin olduğunu görməyi çox istəyirik. Lakin elə məsələlər mövcuddur ki, onlar həmin sərhədlər çərçivəsinə daxildirlər. Biz kommunikasiya imkanlarını və ermənilərlə azərbaycanlılar arasında görüşləri alqışlayırıq. Eləcə də erməni idmançıların Bakıdakı Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, çünki belə ünsiyyətin faydalı olduğuna inanırıq".

Vasitəçinin sözlərinə görə, o, bunu asan olmadığını anlayır və çox tez-tez hadisələr istənilən kimi inkişaf etmir: "Lakin biz bunun yolumuzda əngəl olaraq qalmasına imkan verə bilmərik. İnsanlar arasında təmaslar uzunmüddətli nizamlanmaya nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanacağı gün gələndə - o, əlbəttə, mütləq gələcək - bu, təkcə Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana deyil, ümumilikdə bütün regiona sülh gətirəcək. Lakin bu yalnız kağız üzərində imza ola bilməz. Bunun həmin razılığa kömək etməsi, etibar üçün əsas olması lazımdır və bizim işimiz məhz buna yönlənmiş olmalıdır. Bizim görmək istədiyimiz məhz budur".

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) fevralın 15-16-da Azərbaycanda, fevralın 17-də isə Ermənistanda olublar. Daha sonra Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti