...

Elmar Məmmədyarov: Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qətnamələrinin Riqa bəyannaməsinə daxil edilməsinə təkid edirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2015 15:43 (UTC +04:00)
Azərbaycan tərəfi təkid edirdi ki, Riqa bəyannaməsi qəbul edilərkən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin rolu da qeyd edilsin. Həmin qətnamələrdə Ermənistan tərəfinə qarşı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmaq tələbi vurğulanır.
Elmar Məmmədyarov: Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qətnamələrinin Riqa bəyannaməsinə daxil edilməsinə təkid edirdi

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan tərəfi təkid edirdi ki, Riqa bəyannaməsi qəbul edilərkən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin rolu da qeyd edilsin. Həmin qətnamələrdə Ermənistan tərəfinə qarşı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmaq tələbi vurğulanır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib: "Avropalı tərəfdaşlarımız deyirdilər ki, bu, olduqca uzaq və ətraflıdır və biz digər münaqişələr üzrə də bu prosedurları keçirmək məcburiyyətində qalacağıq. Lakin biz son dəqiqəyədək təkid edirdik. Biz hətta dedik ki, ola bilsin, bu bəyannaməyə qoşulmayaq. O zaman kompromis variant üzərində razılaşdıq ki, müvafiq bəyanat verəcəyik və o, yekun bəyannaməyə əlavə ediləcək, orada vəziyyət BMT-nin 4 qətnaməsi nəzərə alınmaqla təsvir ediləcək".

E.Məmmədyarov qeyd edib ki, Riqada qəbul edilən bəyannamə bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolunu vurğulayır: "Bəyannamə həmsədrlərin apardığı işi qeyd edir, münaqişənin nizamlanmasının beynəlxaq hüququn norma və prinsiplərinə əsaslanmalı olduğu ifadə edilən əvvəlki sənədlərə, bu formatda qəbul edilən sənəd və qərarlara istinad edir".

Nazir əlavə edib ki, Azərbaycanın özü üçün seçdiyi kurs - Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq kursu - enerji, nəqliyyat və investisiya məzmunlu olmaqla bir çox parametrlərlə möhkəmlənib: "Azərbaycanın Brüsselə təqdim etdiyi sazişin mətni, ilk növbədə, bərabərhüquqılu və qarşılıqlı faydalı rol oynayır və biz bu çərçivədə həmin sazişi hazırlayacağıq".

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" ölkələri və Avropa İttifaqının mayın 21-22-də Riqada keçirilmiş sammitində bəyannamə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti