...

Novruz Məmmədov: Ermənilərin Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məkrli prosesin davamıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2015 12:34 (UTC +04:00)
“Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi 2 əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır”.
Novruz Məmmədov: Ermənilərin Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məkrli prosesin davamıdır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Səba Ağayeva/

"Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi 2 əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki mikrobloqunda yazıb.

N.Məmmədov bildirib ki, uzun sürən geosiyasi proseslər davam etməkdədir: "Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər".

N.Məmmədov qeyd edib ki, yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiasını irəli sürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti