Bakı. Trend:
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda "Qaynar xətt" yaradılıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, "Qaynar xətt"in yaradılması barədə qərar vətəndaşların müraciətləri nəzərə alınaraq verilib.
Müraciətlər (012) 405-99-79 nömrəli qaynar xəttinə qəbul olunur.