...

BMT nümayəndəsi: BMT TŞ-nin işi səmərəli deyil, islahatlar lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2016 18:00 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini lokal səviyyədə həll etməlidir, kənardan kömək istəmək düzgün deyil.
BMT nümayəndəsi: BMT TŞ-nin işi səmərəli deyil, islahatlar lazımdır

Bakı. İlahə Məmmədli, Anaxanım Hidayətova - Trend:

BMT Təhlükəsizlik Şurasının (TŞ) işi səmərəli deyil, islahatlar lazımdır. Bunu Trend-ə BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru Maykl Moller deyib.

25 ildir TŞ-də islahatlar aparmağa çalışdıqlarını deyən M.Möller bunun hələ nəticə vermədiyini qeyd edib: "Bununla bütün ölkələr və tərəfdaşlar məşğul olmalıdırlar".

Onun sözlərinə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini lokal səviyyədə həll etməlidir, kənardan kömək istəmək düzgün deyil: "Bu cür münaqişələrdə dialoq və diplomatik yol lazımdır. Bu münaqişənin hərbi həll yolu yoxdur".

M.Möller Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasında vacib rolunu qeyd edib: "Azərbaycanın bu istiqamətdə səylərini yalnız alqışlamaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti