...

Erməni silahlı bölmələri atəşkəsi 32 dəfə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2016 09:09
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Erməni silahlı bölmələri atəşkəsi 32 dəfə pozub

Trend-i buradan izləyin

Bakı. Trend:

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusicanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti