...

Metyu Brayza: Prezidentlərin Dağlıq Qarabağ üzrə görüşü münaqişənin siyasi həll prosesinə təkan verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2016 11:37
Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb.
Metyu Brayza: Prezidentlərin Dağlıq Qarabağ üzrə görüşü münaqişənin siyasi həll prosesinə təkan verdi

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, görüşdən sonra münaqişənin həllində sıçrayış və qlobal dəyişikliklər gözlənilmirdi: "Görüş mayın 16-də Vyanada əldə edilən nəticələri möhkəmləndirdi. ATƏT müşahidəçilərinin sayını artırmaq qərara alındı”.

M.Brayza deyib ki, Rusiya Prezidenti Vladimir Putin görüşdə iştirakı etməklə sülhməramlı imicini qoruyub möhkəmləndirmək və Rusiyaya qoyulmuş sanksiyalar baxımından Aİ-yə təsir etmək istəyir: “Vladimir Putinin görüşdə iştirakını müsbət qiymətləndirmək olar, axı nəticə etibarilə, görüş ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti