Moskva. Orxan Yolçuyev - Trend:
Moskva ümid edir ki, Rusiyanın göstərdiyi səylər, Dağlıq Qarabağ ətrafında baş verən proseslərin dinamikasını itirməyəcək.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ məsələsinə qoşulmasını konstruktiv fəaliyyət kimi nəzərdən keçirmək olar: "Əgər Ankaranın müsbət töhfəsi olacaqsa, burada problem ola bilməz".