...

Rusiya XİN: Hamburqda Dağlıq Qarabağla bağlı görüş barədə razılıq hələ əldə olunmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2016 13:49 (UTC +04:00)
Dağlıq Qarabağla bağlı Hamburqda 3+2 formatında görüş imkanı müzakirə olunub, amma yekun razılaşma hələ əldə olunmayıb.
Rusiya XİN: Hamburqda Dağlıq Qarabağla bağlı görüş barədə razılıq hələ əldə olunmayıb

Bakı. Elmira Tariverdiyeva - Trend

Dağlıq Qarabağla bağlı Hamburqda 3+2 formatında görüş imkanı müzakirə olunub, amma yekun razılaşma hələ əldə olunmayıb.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu formatda görüşə Ermənistan tərəfinin razılıq vermədyini demişdi.

E.Məmmədyarov həmçinin bildirib ki, Bakı Fransa tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə gözlənilən görüşün Hamburqda 3+2 formatında keçirilməsi təklifini dəstəkləyir.

Qeyd edək ki, dekabrın 8-9-da Hamburqda ATƏT XİNŞ-in iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti