...

İƏT-in yeni Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2016 17:50 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi Yusif Əl Osaymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.
İƏT-in yeni Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni seçilmiş Baş katibi Yusif Əl Osaymin xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubda yeni seçilmiş Baş katib bu münasibətlə E.Məmmədyarov tərəfindən göndərilmiş təbrik məktubuna görə təşəkkürünü bildirib və təşkilata rəhbərliyi dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş katib məktubunda İƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti