...

Deputat: Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2017 17:18 (UTC +04:00)
Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.
Deputat: Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbayan əhalisinin rifah halının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir: “Bu əlavə tədbirlərlə bağlı verilmiş fərman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır”.

Deputat əlavə edib ki, məcburi köçkünlər fərmandan razılıqlarını bildirirlər: “Məcburi köçkünlər Azərbaycan prezidentinin yanında olduqlarını, onun siyasətini daim dəstəklədiklərini bildirirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti