...

Minsk qrupu: Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş üçün razılaşmaların reallaşdırılması zəruridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2017 21:52 (UTC +04:00)
Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün zəruridir.
Minsk qrupu: Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş üçün razılaşmaların reallaşdırılması zəruridir

Bakı. Trend:

Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün zəruridir.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyanla ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandla (ABŞ) Münhendə keçirilmiş görüş zamanı deyilib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti