Bakı. Səba Ağayeva - Trend:
Mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya rəsmi səfəri baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə E.Məmmədyarov özü cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir danışıqlarla bağlı nikbinlik hiss etmir:
“Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.