...

Füzulidə raket qalıqları aşkar edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 20:23 (UTC +04:00)
Füzuli rayonunun Araz Yağlıvənd kəndində Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, 600 kv.m ərazi yoxlanılıb.
Füzulidə raket qalıqları aşkar edilib (FOTO)

Bakı. Trend:

Füzuli rayonunun Araz Yağlıvənd kəndində Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, 600 kv.m ərazi yoxlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-6 iyul tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. 5 789 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 686 642 kv.m ərazi (708 858 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti