...

İƏT Gənclər Forumu: 2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2017 12:29 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirib.
İƏT Gənclər Forumu: 2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir (FOTO)

Bakı. Trend:

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirib.

Bu barədə Trend-ə Forumdan məlumat verilib.

Bildirilir ki, həmçinin, Xocalı faciəsinin 25 illiyi ilə bağlı yekun qətnaməyə xüsusi bənd əlavə edilib.

Kot d’Ivuar respublikasının paytaxtı Abidcan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında iştirak edən İƏT Gənclər Forumu nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alan məqsədyönlü təxribatları ilə bağlı sessiyanın işində iştirak edən 56 ölkənin nümayəndə heyətlərini məlumatlandırıb. Bu çərçivədə iclas üçün “Xocalıya Ədalət” Kampaniyası və İƏT Gənclər Forumu tərəfindən hazırlanan xüsusi məlumat paketləri üzv ölkələrə, İƏT qurumlarına, müşahidəçi və qonaq qismində sessiyada iştirak edən Rusiya, Fransa, ABŞ, İngiltərə və Kanada kimi ölkələrin nümayəndələrinə paylanaraq ətraflı məlumat verilib.

Qeyd olunan məlumat paketində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı ətraflı məlumat və foto sübutlar əks olunub. Beynəlxalq hüququn normalarını və ümumilikdə bəşəriyyətin universal prinsiplərini pozan bu cinayətə görə, Ermənistan hakimiyyətinin məsuliyyət daşımalı olduğu və bunun üçün dünya ictimaiyyətinin lazımi mövqe göstərməsinin vacibliyi qeyd olunaraq, konfrans iştirakçılarına çağırış edilib.

Bununla yanaşı, bu cinayətin ilk olmadığı və Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə azərbaycanlı dinc əhalini hədəf alan və Ermənistan tərəfindən həyata keçirilən məqsədli və amansız siyasətin davamı olduğu vurğulanaraq, Xocalı faciəsi daxil olmaqla, dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər də məlumat paketində qeyd olunub. Sessiya zamanı DƏ-İKGF nümayəndə heyətinin keçirdiyi ikili görüşlərdə də iyulun 4-də baş vermiş cinayət ətraflı şəkildə gündəmə gətirilib.

Eyni zamanda, sessiyada iyulun 6-da qurumun İdarə Heyəti tərəfindən hadisə ilə baglı qəbul edilmiş və DƏ-İKGF sədri Elşad İskəndərov tərəfindən səsləndirilmiş bəyanat da yayımlanıb. Bəyanatda Ermənistanın mülki əhaliyə qarşı son qətliam aksiyası, bu ölkənin hakim dairələrərinin Xocalı soyqırımı daxil olmaqla, beynəlxalq hüququn normalarına və ümumilikdə bəşəriyyətin universal prinsiplərinə zidd cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirilib.

Bu fəaliyyətin nəticəsi olaraq, üzv ölkələr hər il DƏ-İKGF tərəfindən irəli sürülən Xocalı faciəsi ilə bağlı ənənəvi qətnamə mətninə yeni bənd əlavə edib və Xocalı faciəsinin 25-ci ildönümü olduğunu vurğulayaraq faciəni İƏT Xarici İşlər Nazirləri səviyyəsində ilk dəfə “soyqırım” kimi (öncəki illərdə “soyqırım aktı” ifadəsindən fərqli olaraq) tanıyıb və “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətlərini alqışlayıblar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti