...

Azərbaycanda fərarilik cinayətləri azalıb - 66,7 faiz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2017 09:41 (UTC +04:00)
2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə Azərbaycanda fərarilik cinayəti 66,7 faiz azalıb.
Azərbaycanda fərarilik cinayətləri azalıb - 66,7 faiz

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə Azərbaycanda fərarilik cinayəti 66,7 faiz azalıb.

Trend-in məlumatına görə, bu, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin "Xalq qəzetində" dərc edilən məqaləsində qeyd edilib.

X.Vəliyev bildirib ki, orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır:

"Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilmiş,qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunmuşdur. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalmışdır. Bu
növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olmuşdur".

X.Vəliyev bildirib ki, 2017-ci ilin I yarısında Respublika Hərbi Prokurorluğu tərəfindən qeydə alınmış korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olub. Qeydə alınmış korrupsiya cinayətləri ilə bağlı 63 şəxs barəsində 51 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə qeydə alınmış korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərinin sayı 34,2 faizi, rüşvət alma və rüşvətvermə cinayətlərinin sayı 25,6 faizi azalıb, qeydə alınmış mülkiyyət cinayətləri isə 8 faizi artıb.

Xəbər lenti

Xəbər lenti