...

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2017 12:28 (UTC +04:00)
ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək.
ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti