...

Amerikalı ekspert: Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər münaqişənin sülh yolu ilə həllinə kömək etməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2017 12:01 (UTC +04:00)
Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etməyəcək.
Amerikalı ekspert: Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər münaqişənin sülh yolu ilə həllinə kömək etməyəcək

Bakı. Gülgiz Muradova - Trend:

Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər, şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etməyəcək. Bunu Trend-ə ABŞ-ın Atlantik Şurasının baş elmi əməkdaşı, energetika sahəsində ekspert Aqniya Qriqas deyib.

Qriqasın fikrincə, Rusiya ilə silah tədarükü üzrə sazişlər stasus-kvoya çevrilib və Kreml sərhədyanı regionlara nəzarət üzrə öz səylərinindən əl çəkməyincə, bu bitməyəcək.

Rusiyanın Ermənistana silah tədarükü regionun təhlükəsizliyini hədələyir.

Ermənistan təcavüzkardır və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə tanınır. Azərbaycan isə artıq 20 ildən çoxdur ki, Ermənistanın təcavüzündən əziyyət çəkir. Buna görə, Ermənistana silahın tədarükünü Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında balanslaşdırılmış siyasət kimi deyil, təcavüzə dəstək kimi qiymətləndirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti