...

Misir parlamenti üzvləri ilə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2017 11:00 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Misir parlamentinin üzvləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.
Misir parlamenti üzvləri ilə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Misir parlamentinin üzvləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.

Trend-in məlumatına görə, Q.Paşayevanın Misir səfərində və rəsmi görüşlərdə Dağlıq Qarabağ problemi əsas diqqət mərkəzində olub.

Deputat aparılan müzakirələrlə bağlı bildirib ki, bir neçə gün əvvəl Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq bu ölkədəki səfirimiz Tural Rzayevlə bərabər Misir parlamentini ziyarət etdim: "Sədrin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abd ilə maraqlı görüş və müzakirələr oldu. Misirlə əməkdaşlığın genişləndiriməsində Azərbaycan hər zaman maraqlı olub. Elə görüş zamanı da bu istiqamətdə mövzular əsas diqqət mərkəzində oldu və səfirimizlə birlikdə bəzi məsələlər və təkliflərlə çıxış etdik. Ümidvarıq ki, onların reallaşması istiqamətində yaxın zamanlarda Misir tərəfindən fəal addımlar atılacaq. Müzakirələr zamanı əsas diqqət mərkəzində olan məsələ - Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ problemi ərtafında oldu. Misir parlamenti sədrinin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abdaya Qarabağ problemi ətrafında son vəziyyətlə bağlı məlumat verməklə bərabər, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımzda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də geniş danışdıq. Evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin, bütün Azərbaycan xalqının müsəlman ölkəsi Misirdən gözləntilərini də açıq söylədim. Qarabağ məsələsində bundan sonra Azərbaycanı daha da fəal müdafiə etməklə yanaşı, Misir parlamenti tərəfindən Xocalı soyqırımını kəskin qınayan, pisləyən sənədin qəbulu ilə bağlı da danışdıq. Yəni, Xocalı soyqırımı ilə bağlı Misir parlamentinin rəsmi mövqeyinin açıq şəkildə ortaya qoyan bir sənədin qəbul edilməsinin ədalətin dəstəklənməsi baxımından nə qədər böyük əhəmiyyət daşıdığını açıq şəkildə dostcasına söylədik. Komitələr səviyyəsindən başlayaraq, bu istiqamətdə addımların atılmasının vacibliyi barədə danışmaqla yanaşı, Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edən ölkələr barədə də danışdıq".

Q.Paşayeva qeyd edib ki, eyni zamanda, parlamentlərarası əməkdaşlığın genişlənməsi, Misir parlamentində Azərbaycanla əməkdaşlıq qrupunun qısa zamanda formalaşmasının vacibliyi, diplomatik pasportların vizadan azad olunması kimi məsələləri də səfirlə birlikdə diqqətə çatdırdıq və bu məsələ müzakirə olundu: "Misir parlamentini sədrinin 1-ci müavini Mahmud Əş-Şərif bildirdi ki, ərazi bütovlüyü, Dağlıq Qarabağ problemi ilə bağlı Misirin dəstəyi bundan sonra da davam edəcək və ölkəsi Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır. Səsləndirdiyimiz təkliflərlə bağlı məsələlərə baxılacağını deyən Mahmud Əş-Şərif bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün addımlar atılacağını bildirdi. Azərbaycanda keçiriləcək beynəlxalq tədbir çərçivəsində yaxın günlərdə ölkəmizə səfər dərəcəyini deyən Misirin Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abda da, Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəklərini bildirdi".

Deputat deyib ki, Azərbaycan səfirliyi Misirdə çox fəal çalışır: "Azərbaycanın Misirdə daha geniş tanınması, Qarabağ həqiqətlərinin təbliği istiqamətində xeyli önəmli işlər görülüb. Amma bu istiqamətdə işlərin daha da artırılmasına ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti