...

Azərbaycan deputatı Tailandın ictimai xadimlərini, QHT rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Dekabr 2017 13:59 (UTC +04:00)
Azərbaycan deputatı Tailandın ictimai xadimlərini, QHT rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.
Azərbaycan deputatı Tailandın ictimai xadimlərini, QHT rəhbərlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Tailandın qadın ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşündə Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azırbaycan-Tailand münasibətləri ilə yanaşı, Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə geniş məlumat verib.

Trend-in məlumatına görə, Q.Paşayeva bir milyondan çox azərbaycanlının, o cümlədən yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların əsas insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. O bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Tailandda Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliğinə böyük ehtiyac var.

Tailandın qadın ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərlərinə Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tailand Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verən millət vəkili onları hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacağını deyib və Azərbaycana dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tailand nümayəndələri Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacaqlarını və Azərbaycanla əməkdaşlığın inkişafı üçün səylərini artıracaqlarını deyiblər.

Görüşün sonunda Q.Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti