...

Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2018 11:54 (UTC +04:00)
Türkiyənin Sakarya şəhərində səfərdə olan millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb.
Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq (FOTO)

Bakı. Trend:

Türkiyənin Sakarya şəhərində səfərdə olan Azərbaycanın millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb.

Trend-in məlumatına görə, millət vəkili Sona Əliyeva, Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar, Sakarya təmsilçisi Aqil Bağırovun da iştirak etdiyi görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Q.Paşayeva yaxın zamanlarda Karasuda mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, abidənin qoyulacağına inandığını deyib, təkliflərlə çıxış edib və Karasu bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Karasu bələdiyyə başçısı M.İspiroğlu Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, həmişə Azərbaycanın yanında olduqlarını və Q.Paşayevanın Karasuda Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Görüş zamanı Karasu bələdiyyəsi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, TADEF və onun Sakarya təmsilçiliyi arasında protokol imzalanıb. Protokola əsasən, Karasuda yaxın günlərdə Qarabağ, Azərbaycan prospektinin açılışı olacaq.

Görüşdə Qarabağ həqiqətlərinin Türkiyədə daha geniş tanıdılması istiqamətində yeni layhələr ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti