...

Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı salınacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2018 17:20
Millət vəkili Qənirə Paşayevanın Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.
Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı salınacaq (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayevanın Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.

Trend-in məlumatına görə, Bursada konfrans keçirmək üçün bu bölgəyə səfər edən Q.Paşayeva Bursa Böyükşəhər bələdiyyə başqanı Alinur Aktaş ilə görüşüb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Uludağ Universitetində Azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Layihə Atelyesinin rəsmisi Solmaz İsmayılova da iştirak edib. Görüş zamanı millət vəkili bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bursanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Bursada Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Bələdiyyə başqanı A.Aktaş Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman Azərbaycanın yanında olduğunu və Q.Paşayevanın Bursada Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Millət vəkili Q.Paşayeva “İnanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri ordakı torpaqımızda da keçirəcəyik” - deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.N.Nəsibova Bursada təhsil alan azərbaycanlı tələbələrlə bağlı geniş məlumat verib və bu günə qədər olduğu kimi bundan sonra da tələbələrin ortaya çıxan probleminin həlli istiqamətində bələdiyyə başçısının daha da fəal dəstək olacağına inandığını deyib.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova da bu istiqamətdə təkliflərini bölüşüb və rəhbərlik etdiyi QHT-nin bu layhələrdə hər zaman fəal rol oynamağa hazır olduğunu bildirib. Bursa Böyükşəhər bələdiyyə başqanı A.Aktaş ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Şəhər bələdiyyə başqanı millət vəkilinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması istiqamətində təkliflərini yüksək səviyyədə dəstəkləyib və onların mart ayından başlayaraq həyata keçirilnməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti