...

Deputatımız Türkiyəyə gedib - Səfərin məqsədi?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2018 10:25 (UTC +04:00)
Milli Məclisin deputatı Elman Məmmədov Türkiyəyə səfərə gedib.
Deputatımız Türkiyəyə gedib - Səfərin məqsədi?

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Elman Məmmədov Türkiyəyə səfərə gedib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, deputat fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

Millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək.

Deputatımız, həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və rəsm sərgisinə qatılacaq.

Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti