...

Odessada Ermənistanın Baş konsulluğu qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 10:36 (UTC +04:00)
Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.
Odessada Ermənistanın Baş konsulluğu qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzi hissəsində “Xocalı soyqırımı!”, “Cinayətkarlar cəzalandırılsın!”, “Xocalıya ədalət!” şüarları ilə avtomobil yürüşü keçirərək aksiya iştirakçıları Ermənistanın Odessadakı Baş konsulluğu qarşısında toplaşıblar.

Səfirlik və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti