...

Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2018 13:17 (UTC +04:00)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika daimi dislokasiya məntəqələrinə qayıdıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər bu gün başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti