Həsən Ruhani: Dağlıq Qarabağ münaqişəsi siyasi yolla tənzimlənməlidir

Həsən Ruhani: Dağlıq Qarabağ münaqişəsi siyasi yolla tənzimlənməlidir

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi siyasi yolla tənzimlənməlidir. Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

H.Ruhani qeyd edib: "Cənab Prezident İlham Əliyev. Azərbaycan Respublikasının dövlət rəsmiləri. Qonşu, dost və qardaş Azərbaycan xalqı. Şadıq ki, iki gün ərzində - bu gün və sabah sizin qonağınızıq. Şadıq ki, sizə - mehriban Azərbaycan xalqına Novruz bayramı təbriklərimizi çatdırırıq. Bu bayram iki xalqı və bu bölgənin xalqlarını birləşdirən bayramdır. Eləcə də səmimi qəbula görə Azərbaycan dövlətinə və xalqına səmimi təşəkkürümü bildirirəm".

Prezident bildirib ki, bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib: "İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır.

Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal–Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır".

O əlavə edib ki, iki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir: "Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar.

Hər iki xalq və başqa xalqlar da bu əməkdaşlıqdan faydalansınlar. İki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var. Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik. Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var".

H.Ruhani vurğulayıb ki, regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur: "Bu fikirdəyik ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir".

Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)
Unibankın aktivləri 1 milyardı keçdi
“Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara cavab verir - Əhməd İsmayılov
Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb
Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq
AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı
Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
Yanvarın 27-nə USD/AZN rəsmi məzənnəsi
AZAL-ın Bakı-İstanbul üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb
Təhsil krediti üçün 5 mindən artıq tələbə müraciət edib
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib (FOTO)
Sosial proqramların uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır - Vüqar Rəhimzadə
Jurnalistlər üçün təşkil edilmiş 3 günlük təlimlər başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini keçdi
Rixard Zorgenin qalıqları Rusiyada dəfn oluna bilər
Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub
Gənc istedadlarımız Azərbaycan mədəni irsinin süni intellektlə vəhdətini dünyaya təqdim edəcək (VİDEO)
Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb
Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İqlim dəyişmələri planet üzərində addımlayır- Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Bütün xəbərlər