...

Düşmən ordusu qeyri-döyüş şəraitində 17 nəfər itirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2018 19:52 (UTC +04:00)
Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Düşmən ordusu qeyri-döyüş şəraitində 17 nəfər itirib

Bakı. Samir Əli - Trend:

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.

Trend erməni mətbuatına istinadən xəbər verir ki, son günlər Ermənistan saytlarınını və sosial şəbəkələrdə yayılan məlumatları təhlil edərkən, dekabrın 15 günü ərzində düşmən ordusunun ölən və yaralanan olmaqla 17 nəfər itirdiyi ortaya çıxır.

Məlumatlardan aydın olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb, təhlükəsizlik qaydalarını pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 düşmən hərbçisi ağır yaralanıb.

Ölən və yaralananların çoxu zabitlər və müqaviləli hərbi qulluqçulardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti