...

XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2019 17:14 (UTC +04:00)
Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.
XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir

Bakı. Trend:

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində deyilir.

Azərbaycan XİN hesab edir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir.

"Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur.

Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti