...

Qarabağ qaziləri çirkin siyasi məqsəd güdən qüvvələrə səsləndi: Bizi heç yerə sürükləməsinlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2019 16:33 (UTC +04:00)
Bu gün Qarabağ qazilərinin mətbuat konfransı keçirilib.
Qarabağ qaziləri çirkin siyasi məqsəd güdən qüvvələrə səsləndi: Bizi heç yerə sürükləməsinlər

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, mətbuat konfransında Qarabağ qaziləri bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etmək istəyənlərə öz etirazlarını bildiriblər.

Qarabağ qazisi Lazım Mehdiyev qeyd edib ki, bu yolla Qarabağ qazilərini də gözdən salmaq istəyirlər: “Bizim heç bir şeydən narazılığımız yoxdur. Baş verən hadisə də adi bir münaqişədir. Bəzi qüvvələr isə bu məsələni siyasiləşdirərək öz çirkin məqsədləri üçün istifadə edirlər”.

Digər Qarabağ qazisi Dilavər Həsənov da həmin qüvvələrə öz etirazını bildirib.

O qeyd edib ki, dövlət Qarabağ qazilərinə lazımi qayğı göstərir: “Biz hər zaman bu dövlətdən razı olmuşuq. Bizə dövlət hər sahədə dəstək olub. Azərbaycanda əlillər üçün hər cür şərait yaradılıb”.

Qarabağ qazisi Əhməd Sultanəhmədov də dövləti dəstəklədiklərini diqqətə çatdırıb: “Bizim hökumətimizi istəməyənlər bizim düşmənlərimizdir”.

Qarabağ qazisi Musayev Sərxan bildirib: “Biz dövlətimiz üçün canından keçən insanlarıq. Bizə dövlət tərəfindən göstərilən diqqət və qayğını hər zaman hiss etmişik və bu gün də hiss edirik. Biz hər zaman Prezident İlham Əliyevin əsrgərləriyik. Qara qüvvələrə demək istəyirəm ki, bizi heç yerə sürükləməsinlər”.

Digər qazilər də hadisəni siyasiləşdirən qüvvələrə etirazlarını bildiriblər və hər zaman dövlətin qazilərə diqqətini hiss etdiklərini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti