...

Atəşkəs 24 dəfə pozuldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2020 09:43 (UTC +04:00)
Atəşkəs 24 dəfə pozuldu

Trend-i buradan izləyin

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun minaatan bölmələrinin dəqiq cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti