...

“Baku Network” platformasında Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası ilə bağlı müzakirələr keçirilib (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2020 13:38 (UTC +04:00)
“Baku Network” platformasında Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası ilə bağlı müzakirələr keçirilib (VİDEO)

Bakı. Trend:

Bakıda “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və politoloq Murad Sadəddinovun iştirakı ilə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla bağlı vəziyyətin müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, müzakirələr zamanı qeyd olunub ki, Dağlıq Qarabağda baş verən toqquşmalar Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir.

Murad Sadəddinov qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələri əks-hücuma keçib və uzun müddət ərzində Azərbaycanın mülki infrastrukturuna ziyan vuran erməni terrorçularının atəş nöqtələrini məhv edib.

Bundan başqa, Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiya televiziyasında çıxışı müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin arqumentlərinin əsaslılığı, erməni tərəfinin arqumentlərinin isə cılızlığı qeyd edilib:

Elxan Ələsgərov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüquq normalarına, obyektiv danışıqlar prosesinə, Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti nəticəsində yaranmış və indiki münaqişəyə yol açmış obyektiv vəziyyətə əsaslanaraq danışıb”.

O bildirib ki, N.Paşinyan isə guya F-16 qırıcısının erməni təyyarəsini vurması barədə yalan fikirlər səsləndirib. Bu cür yalan “arqumentlər”lə Ermənistan rəhbərliyi öz gücsüzlüyünü ört-basdır etməyə çalışır.

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti faşist ideologiyasını təbliğ edir.

E.Ələsgərov, həmçinin təəssüflə bildirib ki, bəzi Rusiya KİV-ləri, ölkə rəhbərliyinin rəsmi mövqeyinə zidd olaraq erməni ideoloqların yaydığı saxta xəbərləri dərc edir.

O qeyd edib ki, bütün region ölkələri və ATƏT-ə üzv ölkələr Azərabycanın mövqeyini dəstəkləyir və bu, çox yaxşı amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti