...

Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 11:28 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulmuşdur.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əmək haqlarından 100 min manat məbləğində Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilməsi barədə Məhkəmə qərar qəbul etmişdir.

Ali Məhkəmənin hakimləri və əməkdaşları da vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütamadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər. Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti