...

Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu "Əl-Cəzirə"nin efirində: Azərbaycan öz ərazilərini erməni işğalından azad edir (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2020 18:02 (UTC +04:00)
Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu "Əl-Cəzirə"nin efirində: Azərbaycan öz ərazilərini erməni işğalından azad edir (FOTO/VİDEO)

Bakı. Trend:

Trend BİA beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr haqqında fasiləsiz şəkildə məlumatlandırır.

"Əl-Cəzirə" telekanalında növbəti çıxışı zamanı Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu ərəb ictimaiyyətini Dağlı Qarabağdakı son hadisələr barədə məlumatlandırıb.

O qeyd edib ki, Ermənistanın hərbi təxribatları davam edir və Azərbaycan ordusu buna adekvat cavablar verir:

"Azərbaycan Silahlı Qüvvələri öz ərazilərinin erməni işğalından azad olunması üçün əks-hücum əməliyyatlarını davam etdirir".

Baş redaktor əlavə edib ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar keçirir və bu əməliyyatlar Ermənistanın hərbi təxribatından sonra başlayıb:

"Bütün dünya bilir ki, Azərbaycan Ermənistan tərəfindən hücuma məruz qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti