...

Azərbaycan Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib - Livanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2020 12:05 (UTC +04:00)
Azərbaycan Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib - Livanlı politoloq

Bakı. Trend:

Azərbaycanın unikal və eyni zamanda uğurlu hərbi-siyasi taktikası Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib.

Bunu Trend-ə livanlı politoloq Əli Bəkir deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan həmin dalandan çıxmaq istəyir və bunun üçün Azərbaycan tərəfində guya xarici muzdluların döyüşməsi barədə saxta xəbərlər yayır:

"Heç bir ölkə Azərbaycan tərəfində xarici muzdluların döyüşməsi barədə sübut təqdim edə bilməyib".

Ə.Bəkir qeyd edib ki, beynəlxalq ictimaiyyətin dezinformasiyası üçün, həmçinin Qərb KİV-ləri də cəlb edilib. Onlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını diqqətə almır.

Politoloq əlavə edib ki, tərəfləri atəşkəsə çağıran ölkələr də işğal faktından, onun dayandırılmasının zəruriliyindən və Azərbaycan ərazilərinin azad edilməsinin böhranın yeganə həllinin olmasından danışmırlar.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq hərbi balans Azərbaycanın xeyrinə dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti