...

Naxçıvana zərbə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşıdurmada gücsüzlüyünün göstəricisidir - Elxan Ələsgərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2020 11:03 (UTC +04:00)
Naxçıvana zərbə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşıdurmada gücsüzlüyünün göstəricisidir - Elxan Ələsgərov

Bakı. Trend:

Naxçıvana zərbə Ermənistan rəhbərliyinin Azərbaycanla qarşıdurmada gücsüzlüyünün göstəricisidir.

Trend-in məlumatına görə, bunu “Baku Network” ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, mülki obyektlərə qarşı operativ-taktiki raketlərin istifadəsi Yerevanın Azərbaycan ərazisində törətməyə davam etdiyi növbəti hərbi cinayətdir:

“Onlar əvvəlcə Gəncəni atəşə tutub, indi isə Azərbaycanın raket qurğularına qarşı gördüyü preventiv tədbirlərdən sonra onlar hədəf olaraq Naxçıvanı seçib. Burada da məqsəd eynidir: böyük beynəlxalq münaqişə yaratmaq və Rusiyanı cəlb etmək. Ona görə, Ermənistan rəhbərliyi vurğulayır ki, onlara qarşı Türkiyə döyüşür. Onlar Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq müstəviyə keçirmək, mümkün qədər çox ölkə cəlb etmək və tənzimləmə məsuliyyətindən yayınmaq niyyətindədir”.

Onun sözlərinə görə, heç bir döyüş əməliyyatlarının keçirilmədiyi Naxçıvan ərazisinin atəşə tutulmasına görə iki nəfər, bu əmri verən baş nazir Nikol Paşinyan və müdafiə naziri David Tonoyan cəzalandırılmalıdır:

“Bu hərbi cinayət Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinə kömək göstərmir, əksinə, yeni kəskinləşmə yaradır. Xatırlatmaq lazımdır ki, Naxçıvanda muxtariyyətin yarandığı dövrdə əldə olunan razılaşmalara əsasən, Türkiyənin onun təhlükəsizliyinə görə siyasi və hüquqi məsuliyyəti var. Bu isə onu ifadə edir ki, Naxçıvana zərbə həm Türkiyəni, həm də Rusiyanı münaqişəyə cəlb etmək məqsədi daşıyır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti