...

Azərbaycanın ədalətli qələbəsi Türk Şurası daxilində möhkəm münasibətlərə yeni təkan verəcək - Bağdad Amreyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2020 09:26 (UTC +04:00)
Azərbaycanın ədalətli qələbəsi Türk Şurası daxilində möhkəm münasibətlərə yeni təkan verəcək - Bağdad Amreyev

Bakı. Nərgiz Sadıxova - Trend:

Türk Şurasının baş katibi Bağdad Amreyev Azərbaycan xalqını beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin norma və prinsiplərinə uyğun olaraq işğal olunmuş ərazilərin azad ediməsində əldə olunan tarixi nailiyyətlə bağlı Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, bu barədə B.Amreyevin bəyanatında deyilir.

O bildirib ki, noyabrın 10-dan başlayaraq döyüş əməliyyatlarının tam dayandırılması barədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış üçtərəfli bəyanatı alqışlayır.

B.Amreyev bildirib ki, bu bəyanat, həmçinin bütün nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün ölkələri arasında münasibətlərin inkişafı üçün şəraitin yaradılması, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və çiçəklənmə baxımından vacib əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycanın bu ədalətli qələbəsi Türk Şurası daxilində möhkəm münasibətlərə yeni təkan verəcək və bu da türk dünyasında inteqrasiya proseslərini gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti