Bakı. Trend:
Mən əminəm ki, Ermənistan hökuməti öz məsuliyyətini tam başa düşür.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmalarda nəyə imza atdığını başa düşür:
"Əminəm ki, bu razılaşmanın bütövlüyü qorunub saxlanacaq və icra olunacaq. Hesab edirəm ki, razılaşdığımız şərtləri icra etsək, bu, hamının xeyrinə olacaq. Hələ ki, bu razılaşmanı kiminsə pozmaq cəhdləri nəzərə çarpmır”.