...

AZƏRBAYCAN DAXİLİ QOŞUNLARI KOMANDANI RF DAXİLİ QOŞUNLARININ HÜQUQ QAYDASININ TƏMİN EDİLMƏSİ ÜZRƏ TƏCRÜBƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2005 21:23 (UTC +04:00)
(İTAR-TASS) - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, ölkənin daxili qoşunları komandanı general-leytenant Zakir Həsənov Rusiya DİN daxili qoşunlarının Cənubi Qafqazda terrorizmlə mübarizədə və hüquq qaydasının təmin edilməsi üzrə əməliyyatlarda qazandığı təcrübəni qiymətləndirir.Bu gün o,öz həmkarı, RF DİN daxili qoşunlarının (DQ) Baş komandanı, general-polkovnik Nikolay Roqojkinlə görüşdə bu barədə bildirib.

"Bizim qoşunların tapşırığı və məqsədi Rusiya DQ-da olduğu kimidir.Biz əvvəlki əməkdaşlığımızı yüksək qiymətləndiririk " -deyə general Z.Həsənov bildirib.O, qeyd edib ki, hal-hazırda Azərbaycan DİN-də əsas tapşırığı ölkədə ictimai asayişin təmin edilməsi olan böyük sayda çevik hissələrin yaradılmasına başlanılıb.

" Bu planda bizim müəyyən təcrübəmiz var. 2003-cü ildə müxalifət liderləri ilə birgəölkədə təşkil olunmuş kütləvi iğtişaşların qarşısını aldıq.Ölkədə ağır nəticələrə yol verilmədi " -deyə general xatırladıb.

Öz növbəsindəN.Roqojkin qeyd edib ki, daxili qoşunlar Böyük Qələbənin 60 illiyinə həsr olunmuş bayramın hazırlanması və təhlükəsizliyin təmin edilməsində əvəzsiz xidmət göstərdi. " Mənfi hallara yol verilmədi.İndi növbədə Kazanın 1000 illiyinin bayram edilməsi günlərində hüquq qaydasının təmin edilməsidir " - deyə N.Roqojkin bildirib.

Xəbər lenti

Xəbər lenti