...

DİMİTRİ RUPEL: AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATI (ATƏT) DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ TƏRƏFLƏRDƏN HƏR HANSI BİRİNİ DƏSTƏKLƏMİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2005 13:23 (UTC +04:00)

(ARKA) - ATƏT Dağlıq Qarabağ münaqişəsində tərəflərdən hər hanasını dəstəkləmir. Bu barədə ATƏT-in sədri Dimitri Rupel (Dimitrij Rupel) Yerevanda mətbuat konfransında bəyan edib. D.Rupelin sözlərinə görə, görüş zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyət və onun həlli yollarına dair fikir mübadiləsi aparıblar. O qeyd edib ki, ATƏT hər iki tərəfin tərəfdaşıdır və onun məqsədi münaqişənin nizamlanmasına nail olmaqdan ibarətdir.

D.Rupel qeyd edib ki, bu məsələ ilə bağlı Ermənistanla Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək zəruridir. "Məndə sentyabrın 6-da görüşəcəyim Azərbaycan prezidentinin Ermənistan prezidentinə dəqiq məktubu var. Ümid edirəm ki, tezliklə münaqişənin həll olunmasına yardım edəcək prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar keçiriləcək. Bizim Qarabağprobleminin həll etmək üçün vaxtımız azdır", -deyə ATƏT sədri bildirib. Həmçinin, D.Rupel iki xalq arasında konstruktiv dialoqun olacağına və bununda münaqişənin həll edilməsinə yardım edəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti