...

1203 NƏFƏR AZƏRBAYCAN VƏTƏNDAŞI ERMƏNİ ƏSİRLİYİNDƏN AZAD EDİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2005 12:34 (UTC +04:00)

2005-ci il sentyabrın 1-nə kimi erməni əsirliyindən 1378 nəfər Azərbaycan vətəndaşı azad edilib. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Komissiyasının AR-in hərbi əsirlər, girovlar və itkin düşmüş vətəndaşlarının işi üzrə 3-cü iclasının yekunlarına dair məlumatda bildirilir.

Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi, itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müvafiq dövlət strukturlarına və beynəlxalq təşkilatlara 1203 nəfər haqqında sorğu daxil olub. Adları DK-nın siyahısında olan, lakin qohumları tərəfindən müraciət edilməməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata alınmayan 1259 nəfərlə bağlı təhlil aparılıb. Onlar haqqında toplanmış məlumat (yaxın qohumlarının ünvanları, əlaqə telefonları, itkin düşmə barədə məlmatın mənbəyi) BQXK-ya göndərilib.

Ötən 8 ay ərzində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 135 nəfərlə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, onların 96-sı sağdır və hazırda MDB ölkələrində yaşayır, həlak olmuş 39 nəfər isə qohumları tərəfindən tanınaraq dəfn olunub. Əlavə olaraq, adları itkin düşmüş şəxslərin siyahısına daxil edilmiş 5 nəfərin 1992-1993-cü illərdə itkin düşmə faktı təsdiq olunub. Senytabrın 1-nə olan məlumatlar üzrə DK-da 4740 nəfər itkin düşmüş şəxs qismində qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti