...

PARİSDƏ AŞPA-NIN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ ALT KOMİTƏSİNİN İŞ PLANI TƏSDİQ OLUNUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2005 20:34 (UTC +04:00)

Sentyabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin iclası keçirilib.Bu barədə Trend ə AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü,Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

O, bildirib ki, iclasdakı çıxışında BMT-nin münaqişə üzrə 4 qətnaməsinin yerinə yetirilməsini tələb edib. "Mən bəyan etdim ki, münaqişənin sülh yolu ilə nizama salınmasını mərhələli yolla sürətləndirmək lazımdır.Biz təklif edirik ki, ilkin olaraq qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar, onlara təhlükəsizlik üçün zəmanət verilsin.

Bundan sonra kommunikasiya açılmalı, iki tərəf arasında normal, sivil münasibətlər qurulmalıdır.Yalnız bundan sonra münaqişənin hüquqi həlli məsələsinə baxılmalıdır" -deyə A.Mollazadə bildirib.

İclasda həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov, ATƏT-in Minsk qrupunun həmsədrləri, AŞPA-nın münaqişə üzrə məruzəçisi çıxış edib.Bundan sonra iclas qonaqların iştirakı olmadan qapalı rejimdə davam etdirilib.

"Biz alt komitənin fəaliyyət planı və perspektivlərini, AŞPA-nın oktyabr sessiyası çərçivəsində keçiriləcək tədbir və görüşləri nəzərdən keçirdik. İclasın yekunlarına əsasən, hər-hansı bir bəyanat qəbul edilmədi"- deyə A.Mollazadə bəyan edib.

Xəbər lenti

Xəbər lenti