...

SENTYABRDA AZƏRBAYCAN ƏRAZİSİNİN 688 957 M2 SAHƏSİ MİNALARDAN TƏMİZLƏNİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2005 16:56 (UTC +04:00)

Azərbaycan ərazisinin 688 957 m2 sahəsi 2005-ci ilin sentyabr ayında minalardan təmizlənib. Azərbaycan ərazisiinin minalardan təmizlənməsi Milli agentliyində (ANAMA) Trend ə bildirilib ki, bu dövr ərzində 64 min partladılmamış sursat (PHS) aşkar edilib və zərərsizləşdirilib.

Təmizləmə əməliyyatlarına 22 minaaxtaran it, 138 minaaxtaran, 15 PHS operatoru, 8təcili yardım həkimi və təxminən 100 yardımçı işçi cəlb edilib.

ANAMA-nın Azərbaycandakı fəaliyyəti ərzində 19 622 791 m2 ərazi təmizlənib.Aşkar edilmiş və zərərsizləşdirilmiş mina və PHS-nin ümumi sayı 6 559-dur.

2001-ci ilin sentyabr ayından etibarən 66 mina partlaması hadisəsi nəticəsində 44 şəxs həlak olub, 73 nəfər müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti