Yanvarın 10-da Parisdə Avropa Şurasının Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə bildirib.
İclasda qurumun 2004-cü il yay sessiyasında Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarın icra mexanizmi ətrafında müzakirələr aparılacaq: "Həmin qərarda Ermənistan işğalçı dövlət kimi tanınıb. Düşünürəm ki, bu qərardan irəli gələn müddəalar həyata keçirilərsə, onda Dağlıq Qarabağla bağlı Ermənistanın tutduğu mövqe alt-üst olacaq".
Qeyd edək ki, A.Mollazadə iclas iştirakçılarına məlum problemlə bağlı Azərbaycanın mövqeyini açıqlayacaq.