...

Ermənistan Parlamentinin Müdafiə komissiyasının sədri hesab edir ki, nizama salma prosesi çıxılmaz vəziyyətdə deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2006 17:00 (UTC +04:00)

Parlamentin müdafiə və milli təhlükəsizlik daimi komissiyasının sədri Mger Şahgeldyan hesab edir ki, Dağlıq Qarabağ probleminin nizama salınması prosesi çıxılmaz vəziyyətdə deyil. Trend in Mediamaks agentliyinə istinadən xəbər verdiyi kimi, bu gün İrəvanda keçirilmiş mətbuat konfransında çıxış edən M.Şahgeldyan fevralın 10-11-də Rambuyedə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılmış danışıqların nəticələrini şərh etməkdən imtina edib. "Görünür, nizama salma prosesi uzun müddət davam edəcək", - deyə parlamentari qeyd edib.

Tərəflərin münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməsi ilə bağlı məlumatı şərh edən sədr bildirib ki, "əgər bu məsələ prosesə müsbət təsir edərsə, həmin təklifi qəbul etmək lazımdır".

Xəbər lenti

Xəbər lenti