...

Novruz Məmmədov: Bakı Rusiyadan Dağlıq Qarabağ nizamlanması üzrə böyük fəallıq gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2006 16:48 (UTC +04:00)

Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr üzrə şöbəsinin müdiri Novruz Məmmədov Rusiyanın Dağlıq Qarabağ üzrə Azərbaycanla Ermənistan arasında güzəştli razılaşmanın əldə olunacağı zaman nizamlanmanın zəmanətçisi kimi çıxış edəcəyinə hazırlığını "normal" hesab edir.

N.Məmmədov Trend ə verdiyi ekskyuziv müsahibəsində Rusiyanı tərəflərin razılaşma dövründən sonrakı zəmanətçisi kimi deyil, "daha fəal" olmasını istədiyini bildirib.

"Rusiya Federasiyası Cənubi Qafqazda maraqlara, Ermənistanla çox sıx münasibətlərə malikdir və Azərbaycanla bütün sahələrdə gözəl əlaqələri inkişaf etdirir. Rusiyanın regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi çiçəklənmənin inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, eləcə də region ölkələri ilə ikitərəfli münasibətlərin inkişafında iştirakı daha yaxşı olardı", - deyə N.Məmmədov bildirib. Onun sözlərinə görə, Rusiya üçün təşəbbüslərlə, təkliflərlə çıxış etmək, münaqişə tərəfləri arasında mövcud olan problemlərə öz fikrini bildirməklə obyektiv mövqe nümayiş etdirməsi daha yaxşı olardı.

"Rusiya Federasiyası ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən biri olmaqla münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunması işində mühüm rol oynaya bilər", - deyə o bildirib və Rusiya rəsmilərinin bəyanatlarında "buna bənzər" şeylərin olmadığından təəssüfləndiyini ifadə edib.

Qeyd edək ki, bu ərəfədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mixail Kamınin "Rusiyanın problemin münaqişəyə cəlb olunan tərəfləri təmin edə biləcək həlli variantını dəstəkləməyə, güzəştli razılaşmanın əldə olunacağı halda nizamlanmanın zəmanətçisi kimi çıxış etməyə hazır olduğunu" bildirən bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti