"Azərbaycan Rusiya prezidenti V.Putinin təşəbbüsünü "faydalı və mühüm" hesab edir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V.Putinin Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə məsləhətləşmələr aparmaq üçün Ermənistan prezidenti Robert Koçaryanı Moskvaya dəvət etmək təşəbbüsünü şərh edərkən bəyan edib.
"Biz hesab edirik ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin nizama salınmasında daha fəal rol oynaya bilər", - deyə nazir vurğulayıb.